AZ

XİN rəsmisi: İranda baş verənləri terror aktı kimi qəbul edirik

BAKI, 23 yanvar. TELEQRAF

İranda baş verənləri terror aktı kimi qəbul edirik.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə mətbuat konfransında bildirib.

“Bir neçə ay bundan əvvəl İsrail və ABŞ ilə müharibəmiz oldu. Onların əsas məqsədi bu müharibədən sonra İranda insanların küçələrə çıxaraq etiraz etməsi idi. Lakin onlar bu niyyətlərinə çata bilmədilər. Biz baş verənləri müharibənin tərkib hissəsi kimi qiymətləndiririk. 12 gün davam edən müharibə zamanı 1000-dən çox şəhid verdik. Qısa müddət ərzində isə itkilərimiz 3000-dən artıq oldu. Həlak olanlar arasında hərbçilərlə yanaşı, mülki şəxslər, tibb və polis əməkdaşları da var. Baş verənləri terror aktı kimi qəbul edirik”,- o qeyd edib.

Seçilən
177
1
teleqraf.com

2Mənbələr