AZ

AL də 1/8 finalın ilk iki iştirakçısı məlum oldu

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yanvarın 22-də Avropa Liqasında liqa mərhələsinin 7-ci turunun oyunları keçirilib."Football-plus.az" xəbər verir ki, artıq 1/8 finala və pley-offa vəsiqəni təmin edən bəzi klublar müəyyənləşib. Finişə 1 tur qalmış “Lion” və “Aston Villa”nın birbaşa 1/8 finala adladığı dəqiqləşib. Azı pley-offa vəsiqəni təmin edən komandalar isə “Bolonya” (İtaliya), “Genk” (Belçika), “Midtüllann” (Danimarka), PAOK (Yunanıstan), “Braqa” (Portuqaliya), “Selta” (İspaniya), “Srvena Zvezda” (Serbiya), “Fənərbaxça” (Türkiyə), “Ferentsvaroş” (Macarıstan), “Frayburq” (Almaniya), “Portu” (Portuqaliya), “Betis” (İspaniya), “Roma” (İtaliya), “Ştutqart” (Almaniya) və “Viktoriya”dı (Çexiya).Xatırladaq ki, Avropa Liqasının reqlamentinə əsasən, turnir cədvəlində 1-8-ci yerləri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yerlərin sahibləri isə pley-offa vəsiqə qazanırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
95
3
icma.az

4Mənbələr