AZ

"İğtişaşlar ölkəyə genişmiqyaslı maddi ziyan vurub"

İranda etiraz aksiyaları zamanı həlak olan şəxslərlə bağlı aparılan tibbi-ekspertiza araşdırmaları onların ölümündə İran ordusunun istifadə etdiyi sursatlardan istifadə olunmadığını ortaya qoyub.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iğtişaşlar ölkəyə genişmiqyaslı maddi ziyan vurub.

Belə ki, hadisələr zamanı 3500 ticarət obyekti, 700 market, 750 bank şöbəsi, 414 dövlət qurumu, 200 məktəb, 350 məscid, 253 avtobus və 800-dən artıq avtomobilə zərər dəyib.

Seçilən
148
teleqraf.com

1Mənbələr