İranın Ali rəhbəri Əli Xameneinin nümayəndəsi Məhəmməd Səidi ölkəyə hərbi müdaxilə ehtimalı ilə bağlı ciddi xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, Səidi bildirib ki, hər hansı xarici müdaxilə halında yalnız İran deyil, bütün Yaxın Şərq bölgəsi müharibəyə cəlb olunacaq. Onun sözlərinə görə, regional gərginlik artarsa, nəticələr bütün qonşu ölkələr üçün fəlakətli ola bilər.
Səidi xüsusilə vurğulayıb: “Düşmən İrana hücum etsə, bütün bölgə müharibəyə cəlb olunacaq”. Bu açıqlama, İranın müdafiə siyasətində sərt mövqeyini və regional balans məsələsində ciddi ehtiyatlılığını nümayiş etdirir.
Natiq Səlim,
KONKRET.az