AZ

Lerikdə 5 gündür ki, kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib

Lerik rayonuna yağan güclü qar hazırda bir sıra kəndlərin rayon mərkəzi ilə əlaqəsini tamamilə kəsib.

Ekoogiya.az xəbər verir ki, aidiyyəti qurumlar yolların açılması istiqamətində işlər aparsa da, rayonda mövcud texnikanın sayı vəziyyətin öhdəsindən gəlmək üçün kifayət etmir.

Məlumata görə, bəzi kəndlərdə elektrik enerjisinin verilişi bərpa edilsə də, yol problemi hələ də həllini tapmayıb. Kənd sakinləri bildirirlər ki, rayon mərkəzinə getmək mümkün deyil və xüsusilə xəstəsi olan ailələr çıxılmaz vəziyyətdə qalıb.

Seçilən
19
ekologiya.az

1Mənbələr