AZ

Azərbaycanda bu məhsulun qiyməti bahalaşacaq – SƏBƏB

“Qlobal bazarda qəhvə qiymətlərinin artması Azərbaycana birbaşa və dolayı təsir göstərə bilər. Azərbaycan qəhvə istehsal edən ölkə olmadığı üçün daxili bazar tamamilə idxaldan asılıdır. Bu isə o deməkdir ki, dünya bazarında qiymət artımı avtomatik olaraq idxal xərclərini yüksəldir və bu artım son nəticədə istehlakçıya ötürülür”.

Bu fikirləri KONKRET.az-a açıqlamasın da Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli səsləndirib.

“İlk növbədə pərakəndə satış qiymətlərində artım müşahidə oluna bilər. Xüsusilə qəhvəxanalar, restoranlar və kafe şəbəkələri xərclərin artması fonunda ya qiymətləri qaldırmalı, ya da mənfəətdən imtina etməli olurlar. Bu isə xidmət sektorunda ümumi qiymət səviyyəsinə təzyiq yaradır. Digər tərəfdən, qəhvə əsas istehlak mallarından biri olmasa da, gündəlik istehlak vərdişlərinə daxil olduğu üçün bahalaşma əhali tərəfindən hiss olunur. Bu, xüsusən də orta və aşağı gəlirli istehlakçılar üçün əlavə xərc deməkdir və alternativ məhsullara yönəlməni artıra bilər”.

A.Nəsirli qeyd edir ki, makroiqtisadi baxımdan qəhvə qiymətlərinin artımı Azərbaycanın ticarət balansına ciddi təsir göstərməsə də, idxaldan asılılıq problemini bir daha ön plana çıxarır. Belə vəziyyətlər göstərir ki, ölkə daxili emal, qablaşdırma və brendləşmə kimi sahələri inkişaf etdirmədikcə, qlobal qiymət dalğalanmalarının təsirinə açıq qalacaq.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
85
1
konkret.az

2Mənbələr