ain.az, Oxu.az portalına istinadən məlumat verir.
"İranda ötən ilin son günlərində başlayan etirazlar çox qısa müddətdə hökumət qüvvələrinin zorakılığına məruz qalıb. 2026-cı il yanvarın 1-də ölkənin Luristan, İsfahan, Çaharmahal və Bəxtiyari əyalətlərində azı 7 nümayişçinin öldürüldüyü barədə xəbərlər yayılıb".
Bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir:
İrandakı iğtişaşlarda nə qədər adam öldürülüb? - Ölkə tarixinin ən qəddar repressiyası
"Zorakılığın miqyası genişləndikdən sonra İranda internet tamamilə kəsilib və telefon rabitəsi məhdudlaşdırılıb. Bununla da müstəqil xəbərləri və daxildən təsdiqlənə bilən informasiya axını ciddi şəkildə əngəllənib. Rabitə kəsiləndən bəri İran xaricindəki media qurumları və insan haqları təşkilatları ölənlərin sayı ilə bağlı çox müxtəlif rəqəmlər elan ediblər. Şahidlərin dağınıq ifadələrinə, sızan videolara, anonim mənbələrə, tibb işçilərinə və ya ictimai fəallara əsaslanan bu məlumatlarda qətlə yetirilənlərin sayının tez bir zamanda minlərlə nəfər olduğu qeyd edilib.
İndiyə qədər ən yüksək rəqəmi - 20 000 ölü sayını isə ABŞ-nin CBS telekanalı İran daxilində və xaricindəki mənbələrə istinadla səsləndirib".
"Bütövlükdə bu məsələ ilə bağlı müstəqil yoxlama çox çətin olaraq qalır, rabitə məhdudiyyətləri mövcuddur, bu da çox fərqli iddialara səbəb olur. Hesablama metodologiyaları müxtəlifdir və ölənlərin sayını bildirən bir neçə təşkilat İran xaricində yerləşir. Bəzi rəqəmlər hər bir hal üçün ayrıca yanaşma yolu ilə müəyyən edilir, digərləri anonim mənbələrə əsaslanır. Nəticədə yayılan rəqəmlər fərqlidir və qəti statistikanı təsdiqləmək üçün müstəqil mexanizm yoxdur. Rəqəmlərlə bağlı qeyri-müəyyənliyə baxmayaraq, əminliklə demək mümkündür ki, son etirazlar İslam Respublikasının yaranışından bəri İranda ən çox ölümlə nəticələnən zorakılıq dövrü olub", - deyə materialda diqqətə çatdırılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.