AZ

Ağbənd körpüsünün istifadəyə veriləcəyi vaxt açıqlandı

BAKI, 23 yanvar. TELEQRAF

İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Ağbənd körpüsünün Novruz bayramı ərəfəsində istifadəyə veriləcəyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə Bakıda keçirdiyi mətbuat konfrasında məlumat verib.

V Cəlalzadə qeyd edib ki, hazırda körpü və ətraf ərazilərdə infrastruktur işləri intensiv şəkildə davam etdirilir:

“Belə ki, layihə çərçivəsində dörd zolaqlı avtomobil yolunun salınması üzrə tikinti işləri aparılır. Azərbaycan tərəfi Araz dəhlizində həyata keçirilən layihələrə xüsusi maraq göstərir. Ağbənd körpüsünün istismara verilməsi iki ölkə arasında nəqliyyat-logistika əlaqələrinin genişlənməsinə, ticarət dövriyyəsinin artmasına və regional əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcək”.

Seçilən
33
3
teleqraf.com

4Mənbələr