AZ

Livanın türkman gəncləri 20 Yanvar faciəsi barədə məlumatlandırılıb

Bakı. Trend:

Livanın Akkar vilayətinin türkmanlar yaşayan Kavaşra kəndindəkiAzərbaycan Evində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunanmaarifləndirici tədbir keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, tədbirdə gənclərə 1990-cı il yanvarın 19-dan20-nə keçən gecə Sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələr,günahsız insanların qətlə yetirilməsi, xalqımızın müstəqillikuğrunda apardığı mübarizə barədə ətraflı məlumat verilib. Butarixin Azərbaycan xalqının yaddaşında təkcə faciə kimi deyil, eynizamanda milli iradə, birlik və qəhrəmanlıq simvolu kimi qaldığıqeyd olunub.

Tədbir Azərbaycan həqiqətlərinin təbliği, tariximizin türkmangənclərə öyrədilməsi və gələcək nəsillərə ötürülməsi baxımındanxüsusi əhəmiyyət daşıyıb.20 yan

Qeyd edək ki, Kavaşra kəndində fəaliyyət göstərən Azərbaycan Evi2025-ci ilin may ayında fəaliyyətə başlayıb. Burada türkmangənclərə və uşaqlara Azərbaycan dili, tarixi, coğrafiyası,mədəniyyəti tədris olunur. Milli bayramlara və tarixi günlərə həsredilən tədbirlər keçirilir. Eyni zamanda diasporla əlaqələringücləndirilməsi məqsədilə müxtəlif layihələr gerçəkləşdirilir.

Seçilən
103
5
az.trend.az

6Mənbələr