AZ

Vyanada Azərbaycan Mədəniyyətinə dair xüsusi tədbir keçirilib FOTOLAR

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan poeziyası və ədəbi tərcümə sənətinə həsr olunmuş xüsusi tədbir keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə Xalq şairi, dramaturq və ədəbiyyatşünas Bəxtiyar Vahabzadənin ədəbi irsinə və Azərbaycan ədəbiyyatının alman dilinə tərcüməsində müstəsna xidmətləri olan Hanspeter Əhməd Şmidenin fəaliyyəti ön planda dayanıb.

İki əsas hissədən ibarət olan tədbirdə Bəxtiyar Vahabzadənin əsərlərindən ibarət kitabın təqdimatı və Azərbaycan dilindən alman dilinə ədəbi tərcümələr üzrə “Əhməd Şmide” mükafatının qaliblərinin təltifi baş tutub.

Tədbir Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş musiqi əsərlərindən ibarət konsert proqramı ilə yekunlaşıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
icma.az

1Mənbələr