“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldonun karyerasını yekunlaşdıracağı vaxt açıqlanıb. Metbuat.az xəbər verir ki, futbolçu 2027-ci ildə karyerasını yekunlaşdıracaq. Bu barədə jurnalist Ben Ceykobs iddia irəli sürüb. O bildirib ki, Ronaldonun klubu ilə müqaviləsi 2027-ci ildə yekunlaşır. İddialara görə, Ronaldo müqaviləsini uzatmayacaq və karyerasını yekunlaşdırdığını elan edəcək.
Bildirilir ki, “Əl-Nəsr” futbolçu ilə yeni müqavilə imzalamaqda maraqlıdır.