“Sabah”ın futbolçusu karyerasını Rusiyada davam etdirəcək.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Ayaz Quliyevdən gedir. Azərbaycanlı futbolçu Tula “Arsenal” ilə anlaşıb.
Rusiya klubu ilə bir müddətdir davam edən danışıqlar müsbət nəticələnib. Tula təmsilçisi I Liqada 28 xalla 10-cu sırada qərarlaşıb.
Xatırladaq ki, Quliyev cari mövsüm “Sabah” forması ilə 12 oyunda çıxış edib.