Ajans.az-ın məlumatına görə, günün ikinci matçında "Neftçi" "Zirə"ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Bu nəticədən sonra "Neftçi" 21 xalla yeddinci, qonaqlar 29 xalla üçüncü pillədə qərarlaşıb. Günün ilk oyununda "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə edib.
Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.