Vətəninfo.az xəbər verir ki, RMC radiostansiyasının məlumatına görə, hər iki körpə Nestlé şirkətinə məxsus “Guigoz” markalı süd qarışığını qəbul edib. İlk hadisə dekabrın 23-də Anje şəhərində qeydə alınıb. Bir aydan az yaşı olan körpə həyatını itirib.
İkinci hadisə isə yanvarın 8-də Bordo şəhərində baş verib. 14 günlük oğlan uşağı kəskin mədə pozğunluğundan sonra dünyasını dəyişib.
Məlumata görə, Anje və Bordoda baş verən bu iki ölümdən sonra müvafiq istintaq işləri başlanıb. Hər iki halda körpələrin Nestlé qrupu tərəfindən daha əvvəl kütləvi şəkildə geri çağırılan “Guigoz” markalı süd tozunu qəbul etdikləri bildirilib.
Qeyd olunur ki, məhsulun geri çağırılmasına qusma və ishala səbəb ola biləcək toksinin mövcudluğu ehtimalı səbəb olub. Lakin aparılan testlər hələlik körpələrin ölümü ilə sözügedən məhsul arasında birbaşa əlaqəni təsdiqləməyib.
İstintaq davam edir. Nestlé şirkətinin isə araşdırma ilə əməkdaşlıq etdiyi bildirilib.
VƏTƏNİNFO.AZ