AZ

CSG sahibinin sərvəti IPO-dan sonra 37 mlrd dollara yüksəldi

Çexiyanın aparıcı müdafiə şirkətlərindən olan Czechoslovak Groupun sahibi və baş direktoru Mixal Strnadın xalis sərvəti şirkətin səhmlərinin ilkin təklifindən (IPO) sonra 37 milyard dollara yüksəlib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Bloomberg Billionaires Index məlumat yayıb. Bununla da Mixal Strnad dünyanın ən varlı müdafiə sənayesi rəhbəri statusunu qazanıb.

Məlumata görə, Czechoslovak Groupun səhmləri ilk dəfə Amsterdam birjasında ticarətə çıxarılıb. Səhər saatlarında səhmlər 31,5 avrodan satılıb və şirkətin bazar dəyəri 31 milyard avronu ötüb. Ticarət zamanı səhmlərin qiymətində artım 32 faizə çatıb.

Qeyd edək ki, bundan əvvəl ilin əvvəlindən etibarən Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvətinin təxminən 18 milyard dollar artdığı bildirilmişdi. Həmçinin Bloomberg Billionaires Indexə əsasən, “Telegram”ın qurucusu Pavel Durovun sərvətində də 4,8 milyard dollarlıq artım qeydə alınıb.

VƏTƏNİNFO.AZ

Seçilən
114
veteninfo.az

1Mənbələr