Misli Premyer Liqasının XVII turunda "Neftçi" - "Zirə" matçı 0:0 hesablı heç-heçə ilə başa çatıb. 

Offsideplus.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında matçı şərh edib: 

"Zirə" bu gün qələbə qazanmaq, 3 xal əldə etmək istəyirdi. Bilirdik ki, qarşımızdakı "Neftçi"dir. Rəqibin baş məşqçisi yenidir, bizimlə matça hazırlaşmışdılar. Su sistemi işləmirdi, meydança sulanmamışdı. Bu da hər iki komandanın performansına təsir etdi. Bugünkü oyun kubokdakı matçdan daha çətin idi".