AZ

Su sistemi işləmirdi” - Rəşad Sadıqov

BAKI, 23 yanvar. TELEQRAF

“Su sistemi işləmirdi və meydança sulanmamışdı. Buda oyunçuların performansına və oyunun gedişatına təsir etdi”.

Teleqraf xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə “Neftçi” ilə qolsuz heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis gərgin keçən qarşılaşamanı belə şərh edib: “Neftçi” kimi komanda üçün qələbənin nə qədər vacib olduğunu bilirdik. Buna görə güclü hazırlaşmışdıq. Qol epizodlarımız oldu. Yaxşı qol epizodlarımız oldu ki, biz buradan 3 xalla ayrıla bilərdik. Amma bu gün xoşuma gəldi. Bu günki oyun daha çətin keçdi. “Neftçi” çox təzyiq etdi”.

Sadıqov “Varajdin”dən icarəyə götürülən Rüfət Abdullazadənin durumundan da söz açıb: “Çox istərdik ki, Rüfət hazır olsun. Müəyyən problemlərə görə bizimlə olmadı. Bu da onu geri salır. Lakin o formasını yığacaq , komandamıza kömək edən vacib oyunçudur. Bazarda qıtlıqdır. Futbol dünyada inkşad edir, yeni xəbərlər eşidirik. Bu da çətinlik törədir. Futbol çox irəli gedib, lakin bazarda məhsul yetərincə deyil. “Zirə” qələbə qazanmaq üçün gəlmişdi, lakin qarşıda “Neftçi” olduğunu bilirdik. Çox təcrübəli məşqçi dəvət ediblər. Amma bizim üçün heç-heçə də pis nəticə deyil”.

Seçilən
31
2
teleqraf.com

3Mənbələr