AZ

"Real"a gələcəyi deyilən Klopdan Arda ilə bağlı şok tələb

“Real Madrid”in məşqçisi Alvaro Arbeloanın yerinə mövsümün sonunda yeni məşqçinin təyin ediləcəyi barədə iddialar müzakirə edilir. Metbuat.az xəbər verir ki, klub prezidenti Florentino Peresin Yurgen Kloppu “Real” gətirmək istədiyi barədə iddialar dərc edilib. Məlumata görə, Peres Xabi Alonsonun gedişindən sonra Kloppu məşqçi təyin etmək istəsə, mütəxəssis mövsümün ortasında “Real”a gəlmək istəməyib. Mövsümün sonunda təyinatın reallaşa biləcəyi iddia edilir. Almaniyanın “Ruhr Nachrichten” qəzetinin iddiasına görə, Klopp “Real”a gələcəyi təqdirdə bir sıra futbolçuları göndərəcək.

Bununla bağlı Kloppun “Real”a siyahı təqdim etdiyi irəli sürülür. Kloppun çalışmaq istəmədiyi futbolçular arasında Franko Mastantuono və Arda Güler kimi istedadlı futbolçular da yer alır.

Seçilən
8
metbuat.az

1Mənbələr