Sosial şəbəkələrdə yayılan bu görüntülərdə saxta “krevetka”ların satıldığı iddia edilir. “Krevetka” alan şəxsin iddialarına görə, aldığı məhsul kağızdan hazırlanıb.
Satıcılar isə deyirlər ki, dəniz məhsulları bazara Çin, Çili, Norveç, Hindistan, İspaniyadan idxal olunur və yerli tədarükçülərdən də məhsullar gətirilir. Hazırda açıq satışda olan krevetkaların kiloqramı bazarda 25 manatdan,Çindən qablaşdırlmış formada gətirlən eyni adlı məhsul 22 manatdan satılır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirir ki, bu gün ölkəyə saxta krevetka məhsulu gətirlmir.
Sosial şəbəkələrdə yayılan məlumatla bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb. İstehlakçıdan əldə edilən məlumat əsasında məhsulun müvafiq idxal sağlamlıq aktı ilə təmin edildiyi məlum olub.Məhsulun satışının həyata keçirildiyi qida obyektində plandankənar yoxlama keçirilib. Baxış zamanı yayılan videoməlumatdakı məhsulla eyni əmtəə nişanlı ümumi çəkisi 28 kq dondurulmuş krevetka məhsulu müəyyən edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Bununla yanaşı Yoxlama zamanı qida obyektində müvafiq icazə sənədləri olmayan və qanunvericiliyin tələblərinə uyğun etiket və markalanma ilə təmin edilməyən ümumi çəkisi 30 kq yerli krevetka məhsulu da aşkarlanaraq satışdan kənarlaşdırılıb.Nöqsanlarla bağlı mağaza rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.