AZ

Vyetnamın Nyaçanq kurortunda bir neçə Rusiya vətəndaşı narkotik yayımına görə saxlanılıb » AzadMedia.az


Vyetnamın məşhur turizm şəhəri Nyaçanqda bir neçə Rusiya vətəndaşı polis tərəfindən saxlanılıb. Onlar narkotik vasitələrin yayılmasında şübhəli bilinirlər. Bu barədə Rusiya KİV-lərinə ölkənin Ho Şi Min şəhərindəki baş konsulu Timur Sadıkov məlumat verib.
Onun sözlərinə görə, Nyaçanq polisi saxlanılan şəxslərdən birinin üzərindən satış üçün hazır vəziyyətdə olan 150 doza müxtəlif növ narkotik vasitə aşkarlayıb. Baş konsul qeyd edib ki, məsələ Rusiya Baş Konsulluğunun nəzarətində saxlanılır.
Xatırladaq ki, bundan əvvəl Tailandın Phuket adasında Rusiya vətəndaşlarının turistlər üçün qanunsuz “klinika” təşkil etdiyi aşkarlanmışdı. Araşdırma zamanı onların narkotik hesab edilən göbələkləri satdığı müəyyən olunmuş, 10 kiloqram ağırlığında 140 paket müsadirə edilmişdi. Daha əvvəl isə Tailandda narkotik satış saytının QR-kodunu əks etdirən stikerlər yapışdıran 27 yaşlı Rusiya vətəndaşı saxlanılmışdı.
Seçilən
103
1
azadmedia.az

2Mənbələr