AZ

Bu ərazilərə 1 metr qar yağıbVİDEO

Bir neçə gün öncə cənub bölgəsinə yağan güclü qar bir sıra ərazilərdə fəsadlara səbəb olub.

Xezerxeber.az xəbər verir ki, xüsusilə yanvarın 18-dən yağan fasiləsiz qar səbəbilə Yardımlı rayonunun bir sıra kəndlərində 5 gün ərzində elektrik enerjisinin verilişi kəsilib, eləcə də yollar buz bağlayıb. Buna görə də, ətraf kəndlərdə yaşayan sakinlərin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib.

Qarın törətdiyi fəsadlar bununla da bitmir. Rayon sakinlərinin sözlərinə görə, hündürlüyü təxminən 1 metrə çatan qar həm də təsərrüfatlara ciddi ziyan vurub.

Oxşar vəziyyət Lerik və Lənkəran rayonunda da müşahidə olunub. Lerik rayonu Siyov və Vılık kəndinə yağan qar səbəbindən yollar iflic vəziyyətinə düşüb.

"Azərişıq" ASC-dən "Xəzər Xəbər"ə bildirilib ki, artıq rayon ərazisində bütün kəndlərə elektrik enerjisinin verilişi bərpa edilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
34
xezerxeber.az

1Mənbələr