Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycanda mənzilə çıxış imkanlarının artırılması və sosial rifahın gücləndirilməsi məqsədilə həyata keçirilən kirayə evlər layihəsi üzrə yeni mərhələnin başlanması gözlənilir.
Layihəyə artan maraq fonunda İpoteka və Kredit Zəmanət Fondu yaxın dövrdə kirayə mənzil fondunun genişləndirilməsi istiqamətində əlavə addımlar atmağı planlaşdırır.
BAKU.WS-in fonddan ədə etdiyi məlumata görə, gələn il vətəndaşların tələbatı nəzərə alınmaqla Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yeni kirayə mənzillər alınaraq istifadəyə veriləcək. Hazırda layihə çərçivəsində Bakı şəhərində 8, Abşeron rayonunda 6, Sumqayıt şəhərində isə 3 müxtəlif ünvanda kirayə mənzillər vətəndaşlara təqdim olunub.
Yalnız bu il ərzində Bakı şəhərinin Binəqədi rayonunda Cəfər Xəndan küçəsində və Biləcəri qəsəbəsində, Sumqayıt şəhərində isə Sülh prospekti və Sahil küçəsində yerləşən yaşayış sahələri kirayəçilərin istifadəsinə verilib.
Qeyd edək ki, kirayə mənzil fondu üzrə işlər hazırda da davam etdirilir və yaxın perspektivdə layihənin coğrafiyasının daha da genişlənməsi nəzərdə tutulur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.