Ərazdəki piyada zolağı demək olar ki, silinib... Həmçinin, yolun bir tərəfində piyada keçidini bildirən nişan var, digər tərəfdə yox...
Xezerxeber.az xəbər verir ki, görüntülər Abşeronun Mehdiabad qəsəbəsindən, Binəqədi-Novxanı şossesindəndir. Yaxınlıqda yaşayan sakinlər iddia edirlər ki, zolaq silindiyində sürücülər piyadalara yol vermirlər. Hətta avtomobillərin sürət həddini aşdığı da iddia edilir.
Sakinlər bildiriblər ki, sözügedən səbəblərdən hətta bu yolda tez-tez piyadanın ölümü və ağır xəsarətlə nəticələnən qəzalar da baş verir.
Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər" ə bildirildi ki, məsələdən xəbərdardırlar. Əraziyə baxış keçirilib, çatışmazlıqlar aradan qaldırılacaq.
Baş Dövlət Yol Polis İdarəsindən isə bildirildi ki, qeyd olunan əraziyə baxış keçirildikdən sonra nizamlama vasitəsi qismində işıqfor quraşdırılması məsələsinə baxılacaq. Eləcə də sözügedən ərazidə Dövlət Yol Polisinin əməkdaşları hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədi ilə dislakasiya üzrə mütəmadi xidmət təşkil edirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.