AZ

"SherlochSahne" restoranında hesaba görə DAVA

Ajans.az xəbər verir ki, iddialara görə, 35 yaşlı Zəngilan rayon sakini olan şəxs restoranda olarkən söyüş söyüb, nalayiq ifadələr işlədib və ictimai qaydanı pozub. Restoran nümayəndəsi hadisə ilə bağlı Baku TV-yə açıqlama verib: "10 nəfərlik banket menyusu sifariş etmişdilər. Hər şey yaxşı idi, sonda hesabı gətirəndə mübahisə yarandı. Hesabı ödəməyəcəklərini dedilər. Sonra polislər gəldilər". İş üzrə izahat verən şəxs isə hər şeyin hesabın artıq gəldiyi üçün baş verdiyini söyləyib.

Qeyd edək ki, həmin şəxs barəsində xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Seçilən
83
8
Ajans.az

9Mənbələr