AZ

Hakan Fidan: Balkanlarda sülh, sabitlik və rifaha töhfə verməyi davam etdirəcəyik

Balkan Sülh Platformasının ikinci iclası yanvarın 23-də İstanbulda baş tutub.

"Far.Az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan özünün "X"dəki hesabında yazıb.

O bildirib ki, iclasa Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Şimali Makedoniya və Serbiyanın xarici işlər nazirləri qatılıb.

"Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən bu platforma Balkanlarda dialoqu dərinləşdirmək və konkret əməkdaşlıq sahələri yaratmaq üçün vacib bir çərçivədir" , - H.Fidan qeyd edib.

Onun sözlərinə görə, tərəflər təqdim olunan mövzularda həmfikir olublar.

"Balkanlarda sülh, sabitlik və rifaha töhfə verməyi, ortaq gələcəyə sərmayə qoyan addımları davam etdirəcəyik" , - Türkiyənin xarici işlər naziri vurğulayıb.

Seçilən
68
2
far.az

3Mənbələr