AZ

Bu deputatlar əvvəllər rektor olub -

Milli Məclisin deputatları arasında elmi fəaliyyətlə məşğul olan xeyli tanınmış sima var. Onların bəziləri millət vəkili seçilməzdən öncə ölkənin tanınmış ali təhsil ocaqlarına rəhbərlik ediblər. Metbuat.az-ın məlumatına görə, bu kateqoriya üzrə ən stajlı parlamentari Səməd Seyidov sayılır. Səməd Seyidov 18 yanvar 1964-cü ildə Bakıda anadan olub. O, Leninqrad Dövlət Universitetinin (indiki Sankt Peterburq Dövlət Universiteti) Psixologiya fakültəsini bitirib. Psixologiya elmləri doktoru, professordur. O, 2000-2015-ci illərdə Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsində çalışıb. Hazırda Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə rəhbərlik edir. Fotoda: Səməd SeyidovParlamentarilər arasında elmi fəaliyyəti ilə tanınan simalardan biri də Ceyhun Məmmədovdur. Ceyhun Məmmədov 18 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. İlahiyyat üzrə fəlsəfə doktorudur. Ceyhun Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 may 2018-ci il Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin olunub. Milli Məclisin deputatı seçildikdən sonra Prezidentin 9 mart 2020 tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad olunub. O, 2017-ci ildən Azərbaycan Dillər Universitetində, 2018-ci ildən isə Azərbaycan İlahiyyat İnstitutunda müəllim kimi fəaliyyət göstərir. Fotoda: Ceyhun MəmmədovMilli Məclisinin deputatı Eldar Quliyev də rektor kürsüsündə əyləşən siyasətçilərdəndir. Eldar Quliyev 1951-ci il iyul ayının 26-da Bakı şəhərində anadan olub. O, Xalq Təsərrüfatı İnstitunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirib. Eldar Quliyev 1990-cı ildə Azərittifaqın İdarə Heyəti sədrinin müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilib. O, indiyə kimi bu quruma ictimai əsaslarla rəhbərlik edir. Eyni zamanda 2011-ci ilin avqust ayında Azərbaycan Kooperasiya Universitetinin rektoru vəzifəsinə təyin olunub. İqtisad eləmləri doktoru, professordur. Eldar Quliyev hazırda Milli Məclisin Hesablayıcı Komissiyasının sədridir. Fotoda: Eldar Quliyev
Deputat Tamam Cəfərova Azərbaycan Dillər Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektordur. Millət Vəkili Samir Vəliyev isə Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədridir.

Nazim Hüseynzadə / Metbuat.az

Seçilən
51
17
metbuat.az

10Mənbələr