Fransanın “Marsel” klubu yarımmüdafiəçi Kvinten Timberlə müqavilə imzalayıb.
90deqiqe.Az xəbər verir ki, niderlandlı futbolçu ilə 2030-cu ilin yayına qədər sözləşmə bağlanılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kvinten Timber “Ayaks” akademiyasının yetirməsidir. Əsas komandada möhkəmlənə bilmədikdən sonra o, “Utrext”ə transfer olunub, 2022-ci ildə isə “Feyenoord”a keçərək Erediviziya çempionatının ən stabil və məhsuldar yarımmüdafiəçilərindən birinə çevrilib.
Rotterdam təmsilçisinin heyətində Timber 125 oyunda meydana çıxıb, 21 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi həmçinin Niderland millisinin heyətində 8 oyun keçirib və 1 qol müəllifi olub.
Qeyd edək ki, futbolçunun qardaşı Yurryen Timber hazırda İngiltərənin “Arsenal” klubunun formasını geyinir.