AZ

İran 800 nəfərin edamı ilə bağlı iddiaları bir daha təkzib etdi

İran 800 nəfərin edamı ilə bağlı iddiaları bir daha təkzib etdi

İranın Baş prokuroru Məhəmməd Muvahhidi ABŞ Prezidenti Donald Trampın “Tehran hakimiyyətinin 800 nəfərin edam hökmünün icrasından imtina etdiyi” barədə iddialarını təkzib edərək, “Belə bir rəqəm mövcud deyil” deyib.

İran məhkəmə hakimiyyətinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, Muvahhidi bu açıqlamanı dini elmi mərkəzlər tərəfindən yaradılan Hibrid Müharibə Qərargahında iştirak etdiyi toplantı zamanı səsləndirib.

Baş prokuror bildirib ki, ABŞ Prezidenti Tramp İran xalqının möhkəm və qətiyyətli mövqeyini gördükdən sonra ziddiyyətli və reallıqdan uzaq açıqlamalar verməyə başlayıb.

“Tehran rəhbərliyinin 800 nəfərin edam hökmünü icra etməkdən imtina etdiyi” iddialarına münasibət bildirən Muvahhidi qeyd edib:

“Bu iddialar tamamilə əsassızdır. Nə belə bir rəqəm mövcuddur, nə də məhkəmə orqanları tərəfindən qəbul edilmiş hər hansı qərar var.”

Qeyd edək ki, Donald Tramp yanvarın 16-da sosial şəbəkə hesabında paylaşım edərək İran rəhbərliyinin 800-dən çox edam hökmünü dayandırdığını iddia etmiş və paylaşımında:

“Planlaşdırılan bütün edamların (800-dən çox) İran hakimiyyəti tərəfindən dayandırılmasına böyük hörmət bəsləyirəm. Təşəkkür edirəm” ifadələrini işlətmişdi.

Seçilən
64
afn.az

1Mənbələr