AZ

Torosyanın Qarabağla bağlı paylaşımı gündəm oldu

Ermənistanın sabiq səhiyyə naziri Arsen Torosyanın Qarabağla bağlı paylaşımı ölkə ictimaiyyətində ciddi narazılığa səbəb olub.

Nazir bu səhər Qarabağ ermənilərinin Ermənistana köçməsi mövzusunda sosial şəbəkə hesabında paylaşım edərkən Qarabağı “Azərbaycanlı” kimi ifadə edib.

Sözügedən ifadə qısa müddətdə sosial mediada geniş müzakirələrə yol açıb. Torosyanın açıqlaması erməni istifadəçilər arasında kəskin reaksiya ilə qarşılanıb. Sosial şəbəkələrdə çoxsaylı tənqidlər səsləndirilib, bəzi istifadəçilər naziri “xain” adlandırıb.

Mövzu Ermənistan mediasında və ictimai-siyasi dairələrdə müzakirə olunmaqda davam edir.

Globalinfo.az

Seçilən
15
editor.az

1Mənbələr