AZ

Geri sayım başladı: Tramp 7 gün ərzində şok bir bəyanat elan edəcək

ain.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı, Birinci xanım Melaniya Trampla bağlı iri miqyaslı layihənin başladığını elan edib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, yeddi gün ərzində müasir dövrün ən mühüm hadisələrindən birinin – öz andiçmə mərasiminin pərdəarxası məqamları ictimaiyyətə təqdim olunacaq.

“Geri sayım başladı. Dünyanın dövrümüzün ən vacib hadisələrindən birinin unudulmaz pərdəarxası görüntüsünün şahidi olmasına 7 gün qalıb”.

Paylaşımda “Melaniya: Tarixdən iyirmi gün əvvəl” adlı sənədli filmin tanıtım videosuna keçid də yer alıb. ABŞ lideri filmin məzmunu ilə bağlı əlavə detalları açıqlamayıb.

Tanıtım videosundan görünür ki, sənədli film Melaniya Trampın ABŞ prezidentinin andiçmə mərasimindən əvvəlki 20 günlük həyatını və həmin dövrdə baş verən hadisələri əks etdirəcək.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
globalinfo.az

1Mənbələr