AZ

İTS 5 ildə 7 özəl tibb müəssisəsi ilə müqaviləyə XİTAM VERİB

2020–2025-ci illər ərzində ümumilikdə 7 özəl tibb müəssisəsi ilə bağlanmış müqaviləyə xitam verilib. Qeyd olunub ki, bu qərarların verilməsinin əsas səbəbləri fərqli olub.

Bunu BAKU.WS-ə İTS-dən bildiriblər.

Məlumata görə, müqaviləyə xitam verilən tibb müəssisələrindən bəziləri fəaliyyətini tam dayandırıb. Digər bir qisim hallarda isə Agentliklə bağlanmış müqavilələrin müddəti başa çatıb və yenilənməyib.

Agentlik vurğulayıb ki, müqavilələrin dayandırılması və ya ləğvi mövcud qanunvericiliyin tələblərinə və tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun şəkildə həyata keçirilir.

Şahanə Xankişiyeva

Seçilən
15
1
far.az

2Mənbələr