AZ

Viktor Orban Zelenskini sərt tənqid etdi

Macarıstanın Baş nazir Viktor Orban Kiyevin Avropa Birliyi üzvlüyü ambisiyalarına qarşı sərt açıqlama verib.Metbuat.az xəbər verir ki, o bildirib ki, Budapeşt Ukraynanın növbəti 100 il ərzində Avropa Birliyinə qoşulmasına icazə verməyəcək. Orban, Ukraynanın Macarıstanda keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərmək cəhdlərinə dair iddialardan da danışıb. Orbanın sözlərinə görə, Kiyev bu cəhdləri Budapeştin Ukraynanın Avropa Birliyinə qoşulmasına icazə verməyəcəyini bildiyi üçün edir.

Orban bəyan edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Davosdakı çıxışında yalnız onu deyil, digər Avropa liderlərini də tənqid edib. Orban, Zelenskinin digər Avropa liderlərini tənqid etməsinin təəccüblü olduğunu ifadə edib.

Seçilən
26
metbuat.az

1Mənbələr