"Qalatasaray" heyətinə yeni futbolçu qatıb.
QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi "Napoli"dən Noa Lanqı icarəyə götürüb. 26 yaşlı vingerlə cari mövsümün sonunadək müqavilə imzalanıb.
"Qalatasaray" bu keçidə görə "Napoli"yə 2 milyon avro ödəyəcək.
Qeyd edək ki, Lanq cari mövsüm ümumilikdə 27 oyuna çıxıb, 1 qol vurub və 2 qolun ötürməsini verib.