AZ

ABŞ Qrenlandiya ilə bağlı qərar verməyə hazırlaşır

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinin Qrenlandiyada mədənçilik fəaliyyəti aparmasını qadağan etməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, sözügedən qadağa Qrenlandiyanın statusu ilə bağlı mümkün razılaşmanın tərkib hissəsi kimi müzakirə olunur. Təklifə əsasən, NATO üzvü olmayan ölkələrə, xüsusilə Rusiya və Çinə Qrenlandiyanın buz təbəqəsinin dərinliklərində yerləşən nadir torpaq minerallarının hasilatı hüquqlarının verilməsi məhdudlaşdırıla bilər.

Məqalədə qeyd olunur ki, Vaşinqton Arktika regionunda təhlükəsizlik tədbirlərini gücləndirməyi də nəzərdən keçirir. Bu çərçivədə Baltik dənizi və Şərqi Avropadakı layihələrə bənzər şəkildə Arktika üçün yeni NATO missiyası — “Arctic Sentinel” adlı təşəbbüsün planlaşdırıldığı bildirilir.

Tahir Turan

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
globalinfo.az

1Mənbələr