Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.
Fransa Liqa 1 mövsümünün 19-cu turunda “Oser” və PSJ arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, “Stad Abbey Desham” stadionunda (Oser) baş tutan matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
PSJ-nin hücumçusu Bredli Barkola matçın yeganə qolunu 79-cu dəqiqədə vurub.
Fransa Liqa 1-in 19 turundan sonra PSJ 45 xalla turnir cədvəlinə başçılıq edir. “Oser” 12 xalla 17-ci yerdədir.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.