AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

№ 22

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 63 (Cild I); 2024, № 3, maddə 358, № 9, maddə 1106; 2025, № 4 (II kitab), maddə 421; № 9, maddə 858) ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə əlavə – “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri”nin 2.1-ci bəndinə aşağıdakı məzmunda 2.1.634–2.1.636-cı yarımbəndlər əlavə edilsin:

2.1.634.

95.48.

Eşitməyə köməkçi vasitənin uyğunlaşdırılması – 1 seans (koxlear protezin illik istifadə tamamlandıqdan sonra 4 dəfə nitq prosessorunun tənzimlənməsi xidməti (fitting),konsultasiya daxil)

*TS daxildir

300

2.1.635.

95.49.

Eşitməyə aid digər qeyri-operativ prosedurlar (koxlear protez cihazının xarici komponentləri) koxlear protez cihazı istifadəçisinin hazırda istifadə etdiyi səs (nitq) prosessorunun (minimum 5 (beş) il müddətində istifadə edilmiş olması şərtilə) bir üst modeli ilə əvəzləşdirilməsi (konsultasiya daxil)

*TS daxildir

15500

2.1.636.

Tətbiq edilmir

Eşitməyə aid digər qeyri-operativ prosedurlar (koxlear protez cihazının xarici komponentləri) koxlear protez cihazı istifadəçisinin hazırda istifadə etdiyi səs (nitq) prosessorunun istifadəyə yararsız olduğu təqdirdə eyni model səs (nitq) prosessoru ilə (komplektləşdiricilər xaric) əvəzləşdirilməsi (konsultasiya daxil), (istehsalçı tərəfindən zəmanət şərtlərində nəzərdə tutulmadığı hallarda, minimum 1 (bir) il müddətində istifadə edilmiş olması şərtilə)

*TS daxildir

5500

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 21 ” “ yanvar ” 2026-cı il

Seçilən
19
6
azerbaijan-news.az

10Mənbələr