AZ

ABŞ və AB Ukraynanı dəstəkləmək üçün 800 milyard dollar toplamağı planlaşdırır

Avropa Birliyi və ABŞ atəşkəsdən sonra Ukraynanı dəstəkləmək üçün dövlət və özəl sektordan 800 milyard dollar vəsait toplamaq niyyətindədirlər.

APA xəbər verir ki, bu barədə “Politico” əldə etdiyi bir sənədə istinadən məlumat yayıb.

Qəzetin əldə etdiyi 18 səhifəlik sənədə görə, AB, ABŞ və Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə qurumları növbəti 10 il ərzində özəl və dövlət vəsaitlərindən ən azı 500 milyard dollar xərcləməyi öhdələrinə götürüblər.

Avropa Komissiyası Kiyev şəhərini dəstəkləmək üçün ayrıca təxminən 100 milyard avro xərcləmək niyyətindədir.

Sənəddə həmçinin Ukraynanın yenidən qurulması üçün investisiya fondundan da müəyyən edilməmiş məbləğin ödəniləcəyi göstərilir.

Seçilən
29
apa.az

1Mənbələr