Türkiyənin qərb bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Doğru.az xəbər verir ki, seysmoloji xidmətlərin məlumatına əsasən, yeraltı təkanların episentri 11 kilometr dərinlikdə yerləşib. Zəlzələ Balıkesir şəhərindən 62 kilometr cənub-şərqdə, eləcə də Sincir qəsəbəsindən 11 kilometr şərq-cənub-şərqdə hiss olunub.
Hazırda zəlzələ nəticəsində tələfat və ya dağıntılar barədə rəsmi məlumat yoxdur.
DOĞRU.AZ