AZ

Xulio İqlesiasa qarşı açılan cinayət işi üzrə istintaq dayandırılıb

BAKI, 24 yanvar. TELEQRAF

İspaniya prokurorluğu müğənni Xulio İqlesiasa qarşı cinsi qısnama ittihamları ilə bağlı aparılan istintaqı dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, qərar yerli hakimiyyət orqanlarının yurisdiksiyası və səlahiyyətlərinin olmaması səbəbindən qəbul edilib.

Qeyd edək ki, yanvarın 13-də "elDiario.es" nəşri iki qadının İqlesiasın evlərində çalışdıqları dövrdə onun tərəfindən cinsi qısnama və zorakılığa məruz qaldıqlarını iddia etdiklərini yazmışdı. Bildirilirdi ki, hadisələr 2021-ci ildə müğənninin Dominikan Respublikası və Baham adalarındakı malikanələrində baş verib. Qadınlardan biri ev işçisi, digəri isə fizioterapevt kimi çalışıb.

Xulio İqlesias ittihamları qəti şəkildə rədd edərək onların həqiqətə uyğun olmadığını bəyan edib.

Hazırda 82 yaşlı Xulio İqlesias ispan dilli musiqi sənayesinin ən uğurlu və kommersiya baxımından ən çox gəlir əldə edən ifaçılarından biri hesab olunur.

Seçilən
75
teleqraf.com

1Mənbələr