Vaşinqton, 24 yanvar, AZƏRTAC
“Keçən ilin avqust ayında imzaladığımız Sülh Sazişinə əməl etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana təşəkkür etmək istəyirəm”.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.
O bildirib ki, bu pis müharibə onun başa vurduğu 8 müharibədən biri idi. Artıq Rifah və sülh hökm sürür.
“Biz Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik. Ermənistanla sülhməramlı nüvə əməkdaşlığı üçün saziş imzalayacağıq. Böyük yarımkeçirici istehsalçılarımız üçün müqavilələrə imza atacağıq. ABŞ-da istehsal olunmuş müdafiə avadanlıqlarını, o cümlədən gödəkçə, qayıqlar və sairi Azərbaycana satacağıq”, - deyə Tramp vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton