AZ

Uayt Makqreqorun Ağ Evdəki tədbirdə iştirak edə biləcəyini deyib

UFC prezidenti Dana Uayt bildirib ki, yüngül və yarımyüngül çəkidə keçmiş UFC çempionu Konor Makqreqorun qayıdışı həqiqətən də 14 iyunda Ağ Evdə keçiriləcək tədbirdə baş tuta bilər.

İdman.Biz bildirir ki, Uayt Makqreqorla keçmiş UFC tituluna iddialı Maykl Çandler arasında döyüşü istisna edib.

“Maqreqor-Çandler döyüşü Ağ Evdə UFC üçün planlaşdırdığımız döyüş deyil. Amma Konor bu tədbirdə iştirak etmək istəyir. Onunla yaxşı münasibətlərimiz var, müntəzəm olaraq ünsiyyət qururuq”, - deyə Uayt bildirib.

İdman.Biz
Seçilən
23
idman.biz

1Mənbələr