BAKI, 24 yanvar. TELEQRAF
ABŞ İranın nüvə silahı əldə etməsinə yol verməyəcək. Bu barədə ABŞ Müdafiə Nazirliyi tərəfindən dərc edilmiş Milli Müdafiə Strategiyasının yeni redaksiyasında qeyd olunub.
Teleqraf xəbər verir ki, sənəddə ABŞ prezidenti Donald Trampın mövqeyinə istinad edilir.
“Prezident Tramp dəfələrlə açıq şəkildə bildirib ki, İrana nüvə silahı əldə etməyə icazə verilməyəcək. İran rəhbərliyi isə yenidən nüvə silahı əldə etməyə cəhd göstərə biləcəyi ehtimalını açıq saxlayıb”, – deyə Pentaqonun açıqlamasında vurğulanır.
Sənəddə, həmçinin qeyd olunur ki, Tehran konstruktiv danışıqlarda iştirakdan imtina edir.