AZ

Saxta krevetka satışı barədə yayılan məlumat əsasında araşdırma aparıldı

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sosial şəbəkədə saxta,süni krevetkaların satışının həyata keçirilməsi barədə yayılanməlumatla bağlı araşdırma aparıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindənTrend-ə verilənməlumata görə, istehlakçıdan əldə edilən məlumat əsasında məhsulunBakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 3-cü mikrorayon, ev5A ünvanında fiziki şəxs Qasımov Tamerlan Şükrət oğluna məxsus“Krevetka” mağazasından alındığı və müvafiq idxal sağlamlıq aktıilə təmin edildiyi məlum olub.

Məhsulun satışının həyata keçirildiyi qida obyektindəplandankənar yoxlama aparılıb. Yoxlama zamanı yayılanvideoməlumatdakı məhsulla eyni əmtəə nişanlı ümumi çəkisi 28kiloqram dondurulmuş (soyulmuş, kəsilmiş) krevetka məhsulu müəyyənedilib. Mikrobioloji və tərkib elementlərinin yoxlanılmasıməqsədilə məhsuldan nümunələr götürülərək laborator müayinələrəcəlb olunub.

Yoxlama zamanı qida obyektində müvafiq icazə sənədləri olmayanvə qanunvericiliyin tələblərinə uyğun etiket və markalanma ilətəmin edilməyən ümumi çəkisi 30 kiloqram yerli krevetka məhsulu daaşkarlanaraq satışdan kənarlaşdırılıb.

Nöqsanlarla bağlı mağaza rəhbərliyi barəsində inzibati protokoltərtib edilib.

Araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumatveriləcək.

Seçilən
49
20
az.trend.az

10Mənbələr