AZ

ABŞ ərəb ölkələrini İranı cilovlamağa çağırır

ABŞ ərəb dövlətlərini İranı daha fəal şəkildə cilovlamağa, eləcə də İsrailin özünümüdafiəsini və onunla inteqrasiyasını dəstəkləməyə çağırır.

APA xəbər verir ki, bu, Pentaqon tərəfindən 23 yanvarda açıqlanan yeni ABŞ Milli Müdafiə Strategiyasında öz əksini tapıb.

"ABŞ daha dinc və çiçəklənən Yaxın Şərq axtarır. Bu transformasiyanı yalnız ABŞ-ın regiondakı müttəfiqləri və tərəfdaşları təmin edə bilər. Bizim vəzifəmiz onları bu səylərdə dəstəkləmək, ABŞ Prezidenti Donald Trampın ayıq və amansız diplomatiyası ilə qoyulmuş möhkəm təməli gücləndirməkdir", - sənəddə deyilir.

Seçilən
20
1
apa.az

10Mənbələr