Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.
Çoxumuz enerjiyə qənaət etmək üçün çaydanı az istifadə edir və ya soyuducunun qapağını tez bağlayırıq. Lakin yeni araşdırmalar göstərir ki, evdə gizli bir "enerji canavarı" var ki, o, söndürülmüş halda belə elektrik çəkməyə davam edir.
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, evdə ən çox enerji israfına səbəb olan cihazlar nə böyük soyuducular, nə də qızdırıcılardır. Əsl "elektrik oğrusu" "Stand-by" (gözləmə) rejimində qalan cihazlardır. Xüsusilə:
TV dekoderləri (set-top box)
İnternet modemləri (Router)
Oyun konsolları (PlayStation, Xbox)
Bu cihazlar işləməsə belə, elektrik yuvasına (rozetka) taxılı qaldıqda və ya "gözləmə" rejimində olduqda il boyu ciddi miqdarda enerji istehlak edirlər.
Televiziya dekoderləri və modemlər daim siqnal qəbul etmək və proqram təminatını yeniləmək üçün daxili olaraq aktiv qalırlar. Araşdırmalar göstərir ki, bir çox dekoder işlək vəziyyətdə olduğu qədər, gözləmə rejimində də demək olar ki, eyni miqdarda enerji sərf edir.
Ekspertlər elektrik fakturasını 10-15% azaltmaq üçün bu sadə addımları tövsiyə edirlər:
Gecə yatarkən və ya evdən çıxarkən televizoru və dekoderi düyməsindən deyil, rozetkadan tamamilə ayırın.
Düyməli uzadıcılar (udilnitel) vasitəsilə bir toxunuşla bütün cihazların enerjisini kəsə bilərsiniz.
Yeni cihaz alarkən mütləq "A+++" və ya yüksək enerji səmərəliliyi olan modellərə üstünlük verin.Lalə Qüdrətova
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.