AZ

ABŞ Nigeriyaya hərbi avadanlıq tədarük etmək öhdəliyini öz üzərinə götürüb

ABŞ artıq Nigeriyaya müdafiə avadanlıqları da daxil olmaqla, hərbi avadanlıq tədarük etmək öhdəliyini öz üzərinə götürüb.

APA xəbər verir ki, bu barədə Nigeriyanın İnformasiya və Milli Siyasət Nazirliyi məlumat yayıb.

"Birləşmiş Ştatlar Nigeriyaya artıq müdafiə avadanlıqları tədarük etməyə hazırdır", - nazirliyin saytında dərc olunmuş açıqlamada deyilir.

Bundan əlavə, ABŞ son beş ildə Nigeriya tərəfindən alınan pilotsuz uçuş aparatları, helikopterlər, ehtiyat hissələri və dəstək sistemləri də daxil olmaqla, hərbi avadanlıq sifarişlərini yerinə yetirmək öhdəliyini götürüb.

Açıqlama ABŞ nümayəndə heyəti ilə Nigeriyanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Nuhu Ribadu arasında paytaxt Abujada keçirilən görüşdən sonra verilib.

Seçilən
27
1
apa.az

5Mənbələr