AZ

Qorxunc proqnozdan sonra sakinlər mağazalara axışır: ərzaq və su ehtiyatı toplayırlar

ABŞ-ın bir neçə bölgəsində yaxınlaşan güclü fırtına ilə bağlı edilən xəbərdarlıqlar fonunda qida məhsulları və içməli suya tələbat kəskin şəkildə artıb.

Publika.az xəbər verir ki, yanvarın 23-də sosial şəbəkələrdə mağazalardakı boş rəfləri əks etdirən video və fotoşəkillər geniş yayılıb. Sakinlər əsasən içməli su, çörək və təzə meyvə-tərəvəz ehtiyatı toplamağa üstünlük verirlər. Bununla belə, sosial media istifadəçiləri şərhlərdə bu məhsulların saxlama müddətinin qısa olduğunu və uzunmüddətli ehtiyat üçün uyğun olmadığını qeyd ediblər.

Agentliyin məlumatına görə, enerji şirkətləri minlərlə əməkdaşı yüksək hazırlıq vəziyyətinə gətirib. Bir sıra hava limanlarında uçuşlar ləğv edilib. Meteoroloqlar fırtınanın infrastruktur üçün ciddi təhlükə yarada biləcəyini, genişmiqyaslı elektrik enerjisi kəsintilərinə və temperaturun kəskin enməsinə səbəb ola biləcəyini proqnozlaşdırırlar.

Seçilən
51
publika.az

1Mənbələr