"Qalatasaray" yeni transferini rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, İstanbul klubu hücumçu Noa Lanqı heyətinə qatıb.
26 yaşlı niderlandlı "Napoli"dən icarəyə götürülüb.
Lanq keçən yaydan bəri "Napoli"də çıxış edir.
"Qalatasaray" Türkiyə çempionatında liderdir və "Fənərbağça"dan bir xal öndədir. Çempionlar Liqasında isə "aslanlar" 17-ci yerdədir. "Qalatasaray" gələn həftə səfərdə "Mançester Siti"yə qarşı oynayacaq.