AZ

Tramp Kanadanı xəbərdar etdi: Çin sizi yeyəcək !

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Kanada Qrenlandiya üzərində "Qızıl günbəz"in yaradılmasına qarşı çıxır, halbuki bu, onları da qoruya bilərdi.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.

O bildirib ki, Kanadanın hazırki mövqeyi mənfi nəticələrə səbəb ola bilər:

"Bunun əvəzinə, onlar Çinlə biznesə səs verdilər və Çin elə birinci ildə onları "yeyəcək"!"

Qeyd edək ki, bu həftə Davosda keçirilən Dünya İqtisadi Forumunda Amerika lideri adanın hərbi yolla ələ keçirilməsini istisna edib və NATO-nun Baş katibi Mark Rutte ilə adanın taleyi ilə bağlı razılığa gəldiyini açıqlamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
axar.az

2Mənbələr