AZ

Qızıl qiymətləri 5 min dolları ötərək tarixi rekord yeniləyib

Qlobal əmtəə bazarlarında qızılın qiyməti yeni tarixi rekorda yüksəlib. Təhlükəsiz sığınacaqlara artan tələbat fonunda qiymətli metal ilk dəfə olaraq bir troya unsiyası üçün 5 min dollar həddini keçib.


COMEX birjasında aprel fyuçersləri üzrə qızılın qiyməti 5 020 dollara çatıb.
Bundan bir gün əvvəl fevral fyuçersləri üzrə qızılın qiyməti ilk dəfə 4 958 dolları ötüb. Bir neçə gün əvvəl isə qızılın unsiyası 4 699,15 dollar səviyyəsində ticarət olunurdu.


Analitiklər qiymət artımını ABŞ və Avropa İttifaqı arasında ticarət müharibəsi riskləri, qlobal maliyyə bazarlarında qeyri-müəyyənlik, eləcə də ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları fonunda investorların təhlükəsiz aktivlərə yönəlməsi ilə izah edirlər.

Seçilən
20
1
anews.az

2Mənbələr